priqojin esas

Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayan şəxsi təyyarənin qalıqlarındakı dəliklər biznes-jetin vurulduğu ehtimalını gücləndirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “CaucasianLive” kanalı fotolar paylaşıb.

Bildirilib ki, bu dəliklərin zenit sistemlərindən açılan atəş nəticəsində yarandığı iddia edilir.

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa gedən şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 3 ekipaj üzvü və 7 sərnişinin hamısının öldüyü bildirilir.

“Rosaviasiya” Priqojin və onun sağ əli, “Vaqner”in komandirlərindən olan Dmitri Utkinin qəzaya uğrayan təyyarədə olduğunu təsdiqləyib.

Şahidlərin sözlərinə görə, təyyarə qəzaya uğramazdan öncə iki dəfə güclü partlayış səsi eşidilib. Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu da iddia edilir.

IMG 20230824 003520 556 IMG 20230824 003520 238 IMG 20230824 003520 333 IMG 20230824 003520 379

Paylaş: