Priqojindən yeni xəbər var

“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) təsisçisi Yevgeni Priqojin Belarusda şirkət açıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, Belarus Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin və Fərdi Sahibkarların Vahid Dövlət Reyestrində iyulun 19-da “Concord Management and Consulting” MMC şirkəti (VÖEN 791314882) qeydiyyata alınıb.

Şirkətin qeydiyyatı Belarusa köçürülmüş “Vaqner” ÖHŞ döyüşçülərinin səhra düşərgəsinin yerləşdiyi Osipoviç vilayətinin Tsel kəndində baş tutub.

MMC-nin əsas fəaliyyəti daşınmaz əmlakın idarə edilməsidir.