Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev diplomatik xidmət orqanlarının bir neçə əməkdaşına diplomatik rütbələr verilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlu və Şərifov Samir Ənvər oğluna fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
Globalinfo.az “Yeni sabah”a istinadən onların dosyesini təqdim edir:
Yalçın İlqar oğlu Rəfiyev 9 fevral 1987-ci ildə Şəmkir şəhərində anadan olub.
2007-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər” fakültəsinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2010-2011-ci illərdə İtaliyanın Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində Ali Kursunda, 2014-2016-cı illərdə isə Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının “Korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” proqramı üzrə magistr proqramında təhsil alıb.
Peşəkar fəaliyyətə 21 sentyabr 2007-ci il tarixində Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsində referent vəzifəsində başlayıb.
2009 – 2011-ci illərdə XİN-in Təhlükəsizlik Problemləri İdarəsinin attaşesi;
2011 – 2013-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin üçüncü katibi;
2013– 2015-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin ikinci katibi;
2016 – 2017-ci illərdə AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin birinci katibi;
2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi;
2018-ci ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini;
2019-cu il sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2021-ci il tarixli sərəncamı ilə Y. Rəfiyevə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” rütbəsi verilib.
9 iyul 2019-cu il tarixində Diplomatik xidmət orqanlarındakı fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Diplomatik xidmətdə fərqlənmə” medalı ilə təltif olunub.
Ailəlidir, iki övladı var.
Samir Ənvər oğlu Şərifov 25 noyabr 1976-cı il tarixində Bakı şəhərində anadan olub.
1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 1998-2000-ci illərdə həmin ixtisas üzrə magistr və 2000-2003-cü illərdə aspirantura pilləsi üzrə təhsil alıb.
2002-ci ildə Vyana Diplomatik Akademiyasında və 2003-cü ildə İnsan hüquqları üzrə Stokholm Universitetində kurslarda, eləcə də 2008-ci ildə Norveç Xarici İşlər Nazirliyi tərəfindən ADA Universitetində təşkil olunmuş “Liderlik” proqramında iştirak edib.
2000-2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində;
2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində;
2007-2009-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində;
2009-2014-cü illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin birinci katib və müşavir vəzifələrində çalışıb. Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü dövründə siyasi əlaqələndirici qismində fəaliyyət göstərib;
2014-2018-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində rəis müavini vəzifəsində;
2018-2021-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin müşavir-elçisi vəzifəsində;
2021-2023-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2017-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamı ilə S. Şərifova “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.
İngilis və rus dillərini bilir.
Evlidir, iki övladı var.