Macarıstanın yeni Baş naziri Peter Madyar prezident Tamaş Şuyoku dərhal istefa verməyə çağırıb.
Globalinfo.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Baş nazir parlamentin birinci iclasında deyib.
O bildirib ki, Macarıstan prezidentinin vəzifəsini tutmaq hüququ yoxdur, çünki son illərdə Viktor Orbanın əvvəlki hökumətinin qanun pozuntularını ört-basdır edib.
“Tamaş Şuyok Macarıstanın demokratik yenilənməsinə mane olmamalı və mayın 31-dən gec olmayaraq istefa verməlidir”, – deyə o qeyd edib.
O, Şuyoku konstitusiyanın və qanunun aliliyinin qarantı olmaq əvəzinə, sosial, siyasi və maliyyə sahələrində hakimiyyətdən sui-istifadə hallarının qarşısını ala bilməməkdə günahlandırdı.