Prezidentdən Salxab Məmmədovla bağlı sərəncam – FOTO

Xalq rəssamı Salxab İsa oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Salxab Məmmədov 1943-cü il yanvarın 4-də Şəki şəhərində anadan olub. Sabah onun 80 yaşı tamam olur.