Karasin seçkilərdən danışdı: Ajiotaj yaradacaq hal…

“Azərbaycanda növbədənkənar prezident seçkiləri açıq formatda və məqbul səviyyədə təşkil olunmuşdu”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin Azərbaycanda növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı danışarkən deyib.

O bildirib ki, beynəlxalq və yerli müşahidəçilər məntəqələdə seçki prosesini izləyiblər: “Onlar üçün yaxşı şərait yaradılmışdı. 9-a yaxın seçki məntəqəsini ziyarət etdik. Seçki rəqabət mühitində və alternativ əsasla keçirilirdi. İnsanlar səliqəli şəkildə öz növbəsini gözləyirdi”.

Q.Karasin söyləyib ki, seçki prosesinin təşkilatçılarının davranışları düzgün idi, heç bir ajiotaj yaradacaq hal baş vermirdi: “İnsanların üzlərində təbəssüm, gələcəklə bağlı inam vardı. Məni təəccübləndirən hal o idi ki, seçki geniş zallarda keçirilirdi. Bu da seçki prosesinin sakit keçməsinə şərait yaradırdı. Qısaca olaraq seçkilər məsuliyyətli çərçivədə təşkil olunmuşdu”.