Prezident üç ölkənin səfirinin etimadnaməsini qəbul etdi

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın, Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun və Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.