“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilib.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
X X X
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu” təsdiq edilib.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiq edib.
Anlaşma Memorandumu 2025-ci il mayın 22-də Əlcəzair şəhərində imzalanıb.
X X X
“Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişi təsdiq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qanun imzalayıb.