1765203747 478ab23ae526449e8da6f791eb13ac0e

Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Globalinfo.az xəbər verir ki, Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.

1765203738 4eae3567983c1231f0a02fedd85293dd 1765203739 bf4c2b512c2f22683de0088759809733 1765203740 79f709e78fb8d854206500c7867b78d6 1765203741 73d92802a2d303c6a9015dc4397296c7 1765203742 6c96f1087e8112a19208a9158df8a57c 1765203743 e11b4c06d06bf91802d2f3bb2a2d8446 1765203745 245389d645a4980e2aff12ef16df60c9 1765203746 bd56155a9c0675d2e91779fd55dfd7be 1765203748 a61ac23aaa5eadbfc29ac362c54ad25a

Paylaş: