Prezident gələn ilin dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Globalinfo.az bildirir ki, Azərbaycanın 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 397 645,0 min manat, yerli gəlirləri 775 355,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 978 197,0 min manat, yerli xərcləri 784 803,0 min manat) məbləğində təsdiq edilib.

Prezident İlham Əliyev eyni zamanda Milli Məclisin dekabrın 5-də qəbul etdiyi “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanunları təsdiq edib.

Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi bu illə müqayisədə 10,4 % çox – 6 919,9 milyon manat təşkil edəcək.

2024-cü ildə şsizlikdən Sığorta Fondunun (İSF) büdcəsi isə 2023-cü ilə nisbətən 9,3 % çox – 238 milyon manat olacaq.