Premyer Liqa: “Qarabağ” turun son oyununda qalib gəldi

qarabag 1

Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

Globalinfo.az xəbər verir ki, sonuncu matçda “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 2:0. 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Çempionluğunu təmin etmiş “köhlən atlar” xallarının sayını 83-ə çatdırıb. Naxçıvan klubu 55 xalla üçüncü sıradadır.

Günün ilk matçında “Kəpəz” “Sumqayıt”a qalib gəlib – 1:0.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Şamaxı”nı 3:1, “Zirə” “Səbail”i 1:0, “Neftçi” isə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib.

***

Misli Premyer Liqasının XXXIV turunda daha bir oyun keçirilib.

Globalinfo.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Sumqayıt”la üz-üzə gəlib.

Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib – 1:0. 11-ci dəqiqədə Rauf Hüseynli penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran “Kəpəz” səkkizinci pilləyə yüksəlib. “Sumqayıt” 30 xalla 9-cudur.

Günün ikinci görüşündə, saat 20:00-da “Qarabağ” “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Şamaxı”nı 3:1, “Zirə” “Səbail”i 1:0, “Neftçi” isə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib.