“Roma” “Sevilya”ya qarşı: Avroliqanın qalibi bilindi

Penalti zərbələrində daha dəqiq olan “Sevilya” “Roma”nı (4-1) məğlub etməklə Avropa Liqasının qalibi adına yiyələnib.

***

Matça əlavə edilmiş 30 dəqiqədə də tarazlıq (1-1) pozulmadı.

Qalibi müəyyən etmək üçün penalti zərbələri yerinə yetiriləcək.

***

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada əsas vaxt 1:1 bərabərliklə başa çatıb.

Komandalar qalibin adına əlavə vaxtda aydınlıq gətirməyə çalışacaqlar. Bu zaman da tarazlıq pozulmasa kubokun qalibi penalti zərbələri ilə müəyyənləşəcək.

Canlı yayımı BURADAN izləyə bilərsiniz

***

Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşırlar.

Globalinfo.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada ikinci qol vurulub.

“Sevilya” 55-ci dəqiqədə Mançininin avtoqolu ilə hesabda tarazlıq yaradıb – 1:1.

***

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada ikinci hissə başlayıb. 

“Roma” Paulo Dibalanın qolu ilə ilk yarını öndə bitirib – 1:0.

***

Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşırlar.

Globalinfo.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada ilk hissə başa çatıb.

***

Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşırlar.

Globalinfo.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada hesab açılıb.

Paulo Dibala “Roma”nı hesabda önə çıxarıb.

***

Macarıstanın paytaxtı Budapeştdə İspaniya “Sevilya”sı və İtaliya “Roma”sı arasında UEFA Avropa Liqasının final oyunu başlayıb.

Globalinfo.az xəbər verir ki, “Puşkaş Arena”da keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

***

Bu gün Avropa Liqasının final oyunu keçiriləcək.

Globalinfo.az xəbər verir ki, finalda üz-üzə gələcək İspaniya “Sevilya”sı və İtaliya “Roma”sının start heyətləri artıq açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Sevilya”: 13. Yassin Bunu, 3. Alek Telleş, 6. Nemanya Qudel, 10. İvan Rakitiç, 15. Yussef En-Nesiri, 16. Xesus Navas, 20. Fernando, 21. Oliver Torres. 25. Brayan Gil, 44. Loik Bade, 55. Lukas Okampos

“Roma”: 1 Ruy Patrisiu, 3. İbanyes, 4. Brayan Kristante, 6. Kris Smollinq, 7. Lorentso Pelleqrini, 8. Nemanya Matiç, 9. Teddi Abraham, 19. Zeki Çelik, 21. Paulo Dibala, 23. Canluka Mançini, 37 Leonardo Spinatsola

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.