Bakıya qarşı hərbi addımda Tiflisin əli var – Etiraf

Gürcüstan Fransadan göndərilən “Bastion” zirehli texnikasının Ermənistana tranzitini təsdiqləyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Gürcüstan bürosu məlumat yayıb.

Bildirilir ki, Fransadan gələn texnikanın Poti limanından Ermənistana keçidi təmin edilib.

“APM Terminals Poti” şirkəti sanksiyalar olmadığı üçün limana gələn malların qəbuluna imtina verilmədiyini açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.

Ermənistan Müdafiə Nazirliyi məsələni şərh etməkdən imtina edib.

Əliyar Xəlil
Globalinfo.az