Sədəqə paylanarkən izdiham yarandı: 90 nəfər öldü

Yəmənin paytaxtı Sənada sədəqə paylanarkən yaranan izdihamda azı 90 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə təcili xidmətlərdəki mənbələrə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bildirilir ki, insident cümə axşamı gecə şəhərin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib. Telekanalın məlumatına əsasən, izdiham “bir neçə tacir” tərəfindən sədəqə paylanarkən baş verib ki, onlardan ikisi artıq həbs edilib.