muh 1

“Moldovanın Ukrayna münaqişəsinə Dnestryanı region vasitəsilə cəlb olunması döyüş əməliyyatlarının davam etməsini istəyən qüvvələrin maraqlarına uyğundur”.

Globalinfo.az xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon deyib.

“Müharibənin davam etməsini istəyənlər yeni ərazilərin də münaqişəyə cəlb olunmasına çalışırlar. Hamımız üçün ən pis ssenari, məsələn, Dnestryanı regionun bu münaqişəyə sürüklənməsidir”, – deyə o bildirib.

Dodonun sözlərinə görə, son vaxtlar bu kontekstdə Belarus da tez-tez xatırlanır.

Bundan əvvəl İqor Dodon bildirmişdi ki, qarşıdakı bir il yarım-iki il Moldova üçün Ukrayna böhranı və Rusiya ilə münasibətləri baxımından həlledici dövr olacaq.

Onun fikrincə, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar artıq bu il dayana bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: