abide

Polşanın Pıjitse şəhərində sovet əsgərlərinə həsr olunmuş memorialın sökülməsinə başlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, söküntü prosesinin təşəbbüskarı Polşanın Milli Yaddaş İnstitutu (IPN) olub.

“Xatirə abidəsi” kimi tanınan memorial artıq bir neçə saatdır ağır texnika və pnevmatik avadanlıqlar vasitəsilə sökülür.

İşlərə başlamazdan əvvəl abidənin üzərindəki dəbilqəli əsgər təsvir olunan metal barelyef çıxarılıb.

Söküntü prosesində institutun direktor səlahiyyətlərini icra edən Karol Poleyevski də iştirak edir.

Rusiya və Polşanın 1997-ci ildə birgə hazırladığı siyahıya əsasən, həmin dövrdə Polşa ərazisində sovet əsgərlərinə həsr olunmuş 561 abidə mövcud idi. Son məlumatlara görə, hazırda ölkədə bu abidələrdən cəmi bir neçə onluğu qalıb.

Qeyd edək ki, sovet dövrünə aid abidələrin sökülməsi Polşada Milli Yaddaş İnstitutunun həyata keçirdiyi dekommunizasiya siyasətinin tərkib hissəsidir. Bu proses hazırkı Polşa Prezidenti Karol Navroçkinin institut rəhbəri olduğu dövrdə başlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: