polsa surucu

Polşada azərbaycanlı sürücü zorakılığa məruz qalıb.

Globalinfo.az bildirir ki, bu barədə Lent.az-a həmin ölkədə yaşayan soydaşlarımız məlumat verib.

Məlumata əsasən, hadisə paytaxt Varşavada qeydə alınıb. Polşa vətəndaşı olan şəxs azərbaycanlı sürücünün avtomobilinə hücum edərək, xeyli zərər vurub. Həmin şəxs səbəb kimi dayanma-durma qaydalarının pozulmasını bəhanə edib. Bu zaman azərbaycanlının avtomobilində olan qadın sərnişin cinayətkara etiraz edərək, onun görüntülərini çəkib. Lakin qadının hərəkəti polşalını daah da hiddətləndirib və o, sürücüyə də hücum edərək, xəsarət yetirməyə başlayıb.

Zərərçəkən həmyerlimiz hadisə ilə bağlı polisə müraciət edib.

720475530 27569270466093393 2198444723599997759 n 1781332857 722861091 27569270242760082 4300711374079979997 n 1781332866 724207375 27569270519426721 8139031628833425897 n 1781332878 723197337 27569269966093443 2185917626075680384 n 1781332886

Paylaş: