“Türkiyədə PKK üzvləri tərəfindən yandırılan silahların İraqın şimalındakı Casana mağarasında saxlanması planlaşdırılır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tele1” telekanalı məlumat yayıb.
“Sözügedən silahların nümayişi və saxlanması üçün Emne Sureke Milli Muzeyinə aparılmasına qərar verilib. Lakin sonradan Casana mağarası gündəmə gəlib”, – deyə bildirilib.
Qeyd edək ki, PKK döyüşçülərinin ilk qrupu 11 iyulda qonşu İraqın şimalında tərksilah prosesinə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan onların silahlarını təhvil vermək qərarını yüksək qiymətləndirib.
Əliyar Xəlil
Globalinfo.az