“İsrail ən kiçik səhvə yol versə, İran daha güclü və sarsıdıcı cavab verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
O, Qərb ölkələrini boş vədlər verdiyinə görə tənqid edib.
“Onlar İranı təmkin nümayiş etdirməyə və İsmayıl Haniyənin qətlinə cavab verməməyə çağırırlar. Ancaq İsrailin hərəkətlərinin davamlı xarakter alması İran Silahlı Qüvvələrini qətiyyətlə cavab verməyə məcbur edir”.
Bundan əlavə, İran prezidenti müsəlman ölkələri arasında birliyin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, belə birliyin olmaması İsraili Fələstin və Livan xalqına qarşı yeni cinayətlər törətməyə sövq edir.
Müşviq Tofiqoğlu
Globalinfo.az