pezeskian rusiya

İran Prezidenti Məsud Pezeşkian yaxın iki həftə ərzində Ermənistana səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Abbas Araqçi açıqlayıb.

XİN başçısı bildirib ki, Pezeşkian artıq İraq, Azərbaycan, Oman, Pakistan və Qətərə səfər edib: 

“Prezident indi də Ermənistana gedəcək. Mən çox gedib-gəlmişəm. Bölgədəki son gərginlik kontekstində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hər bir bəyanatı İran ətrafında dəstəkləyici çərçivə formalaşdırıb. Region dövlətləri ilə əlaqələrimiz İranın xarici siyasətini yaxşı vəziyyətdə saxlaya bilib”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: