İran Azərbaycan və Ermənistan arasında sülh və sabitliyin möhkəmləndirilməsinə yönələn sazişi dəstəkləyir.
Globalinfo.az xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə İran Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkianın sözlərinə görə, İrana Cənubi Qafqazda baş verən proseslərə hər hansı kənar müdaxilənin əleyhinədir. İran qonşuları ilə münasibətləri inkişaf etdirməyə və möhkəmləndirməyə çalışır.
“İran və Türkiyə arasında ticarət dövriyyəsini artırmaq üçün bank və gömrük əməkdaşlığını sadələşdirmək lazımdır. Rəsmi Tehran ölkələrimiz arasında münasibətlərin yaxşılaşdırılması prosesinin sürətləndirilməsinə və qarşılıqlı əməkdaşlığın inkişafına mane olanistənilən maneənin aradan qaldırılmasına kömək etməyə hazırdır”, – Pezeşkian vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az