peskov 900x597 1

Kremldən Ukrayna ilə sülh haqda yeni açıqlama verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə danışıb.

“Bunu dəfələrlə demişik: biz sadəcə atəşkəs yox, möhkəm və davamlı sülh istəyirik. Əgər Ukrayna Prezidenti Volodimir Zelenski məsuliyyəti üzərinə götürərək müvafiq qərar qəbul etsə, sülh bu gün də mümkündür”— deyə o bildirib.

Peskov konkret hansı qərardan söhbət getdiyini açıqlamayıb.

Qeyd edək ki, Kremlin mətbuat katibi daha əvvəl Zelenskinin Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılması barədə əmr verməli olduğunu demişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: