Dmitry Peskov

ABŞ Prezidenti Donald Tramp əvvəlki dövrdə Rusiyanın əleyhinə çox iş görüb.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Hər kəs yaxşı xatırlayır ki, Trampın əvvəlki prezidentliyi dövründə çox sanksiyalar tətbiq edilib. Ukraynaya silah tədarükü başlayıb. Bu baxımdan onun son dedikləri ilə razılaşmaq olar”, – deyə o bildirib.

Qeyd edək ki, Ağ Ev rəhbəri bundan öncə Rusiyaya kədər və sanksiyalardan başqa heç nə gətirmədiyini deyib.“Mən Rusiyaya kədərdən başqa heç nə verməmişəm, Moskvaya qarşı sanksiya tətbiq etmişəm, Ukraynaya isə “Javelin” raketləri vermişəm. İndi isə mənim Rusiyaya nə qədər yaxın olduğumdan danışırlar”, – deyə ABŞ dövlət başçısı vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: