“Putinin Bakıda keçirilən BMT-nin iqlim konfransında iştirakı məsələsi öz həllini tapmayıb”.
Globalinfo.az xəbər verir ki. bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Putinin Bakıda keçirilən COP29-da iştirakı ilə bağlı sualı cavablandırarkən, “Xeyr” cavabını verib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək.
Müşviq Tofiqoğlu
Globalinfo.az