Peskov Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışdı

“Rusiya sözsüz ki, öz ərazisində Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsinə bütün lazımi köməyi göstərməyə hazırdır”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov liderlər arasında ilin sonuna qədər Rusiyada növbəti görüşün keçirilməsinin mümkünlüyü barədə jurnalistlərin sualına cavab verərkən deyib.

Peskov belə bir görüşün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda ənənəvi Yeni il qabağı qeyri-rəsmi görüşü çərçivəsində baş tuta biləcəyini istisna etməyib.