İrəvanın mövqeyini bilirik, izah edəcəyik – Peskov

“Rusiya və Ermənistanın Ukrayna məsələsində mövqeyi bir-birinə ziddir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“İrəvanın mövqeyi Rusiyaya yaxşı məlumdur. Lakin Rusiya Ermənistanın bu mövqeyi ilə razılaşmır və haqlı olduğunu izah etməyə davam edəcək”, – Peskov bildirib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Münhendə erməni icması ilə görüşdə İrəvanın Ukrayna məsələsində Rusiyanın müttəqifi olmadığını, tamamilə əks mövqe tutuduğunu qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az