“Patruşevin İrana səfərinin səbəbi budur” – ŞƏRH

“Rusiya-İran müttəfiqliyi xüsusilə indiki dövrdə aktuallıq kəsb etməyə başlayıb”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, həm Rusiya, həm də İran beynəlxalq aləm tərəfindən sıxışdırılır:

“Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibə və İranın etiraz aksiyalarına sərt müdaxilə etməsi fonunda hər iki ölkəyə qarşı sanksiyaların miqyasında artım müşahidə edilir. Digər tərəfdən, hər iki ölkə üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirmir.

Azərbaycanın qələbəsi beynəlxalq siyasi və hərbi gündəmi formalaşdırdı” – Tural İsmayılov

İran üçün vəziyyət daha da kritikdir. Məsələ ondadır ki, Qərb Rusiyaya sanksiya tətbiq etsə də, Rusiyadan enerji asılılığı mövcuddur. Nəticə etibarilə Qərbin təzyiqləri hər iki ölkəni bir-birinə yaxınlaşdırır”.

T.İsmayılov qeyd edib ki, İran və Rusiya müdafiə sənayesi məhsullarının birgə istehsalına dair müzakirə aparırlar:

“Artıq gələn ilin ilk aylarında İran və Rusiyanın ortaq hərbi məhsullar istehsal etdiyinin şahidi olacağıq. Hətta ortaq hərbi təlimlər də keçirə bilərlər. Lakin bu da bir həqiqətdir ki, İranla Rusiyanın müttəfiqliyi səmimi deyil, məcburi müttəfiqlikdir”.

Turan Rzayev
Globalinfo.az