pashinyan makron

Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində Oksfordda Blenheym Sarayının həyətində görüşüblər.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, Makronla səmimi görüşən Paşinyan daha sonra bir kənara çəkilərək, müzakirə aparıb. Müzakirənin detalları haqda heç bir məlumat olmasa da, onların üz ifadələrindən ciddi məsələni danışdıqları təxmin edilir.

Ermənistan hökuməti isə yaydığı açıqlamada görüş zamanı Ermənistan-Fransa gündəmindəki məsələlərin müzakirə edildiyi və İrəvanla Bakı arasında münasibətlərin normallaşması mövzusuna toxunulduğunu bildirib.

Paylaş: