Paşinyanla bağlı sui-qəsd ssenarisi: İki supergücün xüsusi xidmət qrupları İrəvanda üz-üzə – VİDEO

Ermənistanın Rusiya ilə geopolitik müstəvidə “siçan-pişik” oyunu davam edir. Baş nazir Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurduğunu deyib. Amma Rusiya buna cavab olaraq bildirib ki, İrəvandan bu haqda rəsmi müraciət daxil olmayıb.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan isə KTMT-dən hələ çıxmadıqlarını açıqlayıb.

İndi əsas suallardan biri budur ki, Ermənistanın Rusiya ilə bağlı bu davranışına Moskva hansı reaksiyanı verəcək? Bu cür rəftara görə Kreml Paşinyanı, onun hakimiyyətini cəzalandıracaqmı?

Globalinfo.az saytının təsisçisi, siyasi yazar Azər Ayxan mövzunu ARB24 kanalına şərh edib: