pasinyan011

Müxalifət partiyaları mandatlarından imtina etsələr belə, Ermənistan parlamenti formalaşacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Vaaqn Hovakimyan İctimai Televiziyaya verdiyi müsahibədə bildirib.

Hovakimyan bildirib ki, Ermənistan istədiyini edə bilər, lakin mandatların paylanmasından imtina yeni seçkilər üçün əsas olarsa, belə bir təcrübə sonsuz seçki dövrlərinə səbəb olacaq.

O, “Paşinyan yenidən baş nazir seçilibmi?” sualına da cavab verib. Hovakimyan bildirib, seçkinin nəticələri bütün bülletenlər sayıldıqdan sonra məlum olacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: