Paşinyan Əliyevin Qafqaz ideyasını dəstəklədi

Regionun bütün ölkələri, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycan təhlükəsizliyin, suverenliyin və müstəqilliyin təmini baxımdan bir-birinə ehtiyac duyurlar.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl Türkiyə tərəfindən verilən bu bəyanat çox vacib formuldur. O həmçinin Bakı tərəfindən irəli sürülən Ermənistan, Gürcüstan və Azərbaycan arasında Cənubi Qafqazdakı situasiyanın müzakirə edilməsi ideyasını dəstəklədiyini bildirib.

Paşinyan hər zaman bu ideyanı dəstəklədiyini, amma ilk növbədə bu platformanın regionda nifrətin aradan qaldırılması üçün istifadə edilməsi gərəkdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Tiflis səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz ölkələri arasında konsultasiyaya ehtiyac olduğunu açıqlamışdı.

Globalinfo.az