“Paşinyanın vaxtı bitdi, onu qovmaq lazım” – Mkrtçyan

“Nikol Paşinyan kreslosunu saxlamaq üçün əlindən gələni edəcək. Onun üçün vətən, torpaq anlayışı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” fraksiyasının deputatı Anna Mkrtçyan deyib.

“Nikol Paşinyana vaxt verməməliyik, hər gün onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olan addım atmalıyıq. Müxalifətin dövlət üçün edə biləcəyi yeganə faydalı iş Nikol Paşinyanı sərt və konkret hərəkətlərlə ölkədən qovmaqdır. Başqa variant yoxdur, yeni Baş nazir seçilməlidir”.

Safura Bənnayeva
Globalinfo.az