mirzoyan pashinyan 1024x682 1

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın seçki kampaniyası çərçivəsinə keçirilən görüşdə baş nazir Nikol Paşinyana dediyi sözlər rezonans doğurub. 

Globalinfo.az xəbər verir ki, Mirzoyan Paşinyanın yanına gələrək onun qulağına gizli şəkildə “Türklər bu gün açır” cümləsini işlədib.

Lakin ətrafdakı jurnalistlər XİN başçısının pıçıltısını eşidiblər.

Ermənistan mətbuatı onun TürkiyəErmənistan sərhədini nəzərdə tutduğunu iddia etsə də, Mirzoyan bunu təkzib və məsələyə belə aydınlıq gətirib:

“Söhbət Ermənistanla Türkiyə arasında sərhədin açılmasından və ya üçüncü ölkə vətəndaşlarına sərhədi keçmək hüququ verilməsindən getmir. Əminəm ki, bu da bir gün baş verəcək. Lakin indi danışdığımız məsələ fərqli bir mövzudadır. Zamanı gələndə açıqlayacağıq. Söhbət yaxşı şeylərdən gedir, ümumiyyətlə artıq sadəcə yaxşı şeylər olacaq”. 

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: