Paşinyanın Qarabağdakı gizli əlaltısı: Babayan separatçıları nəyə hazırlayır?

Separatçı Samvel Babayan (keçmiş “müdafi naziri”, keçmiş TŞ katibi) Qarabağda Paşinyanın əsas ruporuna çevrilib.

Globalinfo.az xəbər verir ki bu barədə”Joxovurd” qəzeti yazıb.

“Artıq uzun müddətdir ki, o Paşinyanın təbliğatçı tezislərini təşviq edir və erməniləri inandırmağa çalışır ki, Ağdam yolundan istifadə etmək lazımdır. Yükləri bu yolla daşımaq, Azərbaycanla dialoq qurmaq lazımdır”, – deyə nəşr yazıb.

Nəşr qeyd edir ki, S.Babayan separatçıların mövqeyinin əksinə olaraq Azərbaycanla inteqrasiya prosesin başlanmasına çalışır.

Əliyar Xəlil
Globalinfo.az