Paşinyanın oğlunu qaçıran qadınla bağlı gözlənilməz olay

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlunu qaçırmaqda ittiham olunan Qayane Akopyan müəmmalı şəkildə Misirə istirahətə yollanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində məlumat yayılıb.

Qeyd edək ki, sözügedən qadına üç il müddətinə şərti cəza verilib. Onun ölkəni tərk etməsi yalnız xüsusi icazə əsasında mümkün ola bilərdi.

Sözügedən xəbər ermənilər arasında birmənalı qarşılanmayıb. Bir çoxları bu xəbəri ustalıqla oynanılmış rol əvəzində mükafat kimi qiymətləndiriblər.

Tamerlan Yayaqan
Globalinfo.az