Paşinyanın oğlu ölkəni tərk etdi

Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Ermənistanı tərk edib.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində məlumat yayılıb.

Aşot Paşinyanın hava limanından çəkilmiş fotosu diqqət çəkib. Onun ölkədə baş verən etirazlar fonunda ehtiyat tədbiri olaraq Ermənistanı tərk etməsi istisna edilmir.

Qeyd edək ki, Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı şiddətli etirazlar davam edir. Polis etirazları sərt şəkildə yatırır. Bir çox etirazçı isə həbs olunub.