Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan bu yaxınlarda iş üçün Milli Qalereyanın rəhbərliyinə müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, Aşot Paşinyan Milli Qalereyada bələdçi işləmək istəyir.
Məlumata görə, Aşot əvvəllər pivə satışı ilə məşğul olub, daha sonra rəssamlıqla maraqlanıb. Təxminən 2 il əvvəl isə onun rəsm əsərlərindən ibarət sərgi keçirilib.
“Aşot Paşinyan ailəsindən ayrı yaşayır. Sonuncu dəfə Ararat vilayətindəki kəndlərdən birində məskunlaşıb. O, dəbdəbəli həyata deyil, sadə yaşam tərzinə üstünlük verir”, – “Hraparak” yazıb.
Əliyar Xəlil
Globalinfo.az