Paşinyanın müəmmalı Rusiya sözləri – Son anda fikrini dəyişdi…

Erməni mediasında baş nazir Nikol Paşinyan və digər məmurlar tərəfindən ortaya atılan Rusiyanın İrəvandan pul alması və əvəzində silah tədarükünü həyata keçirməməsi barədə şayiələr dolaşır.

Globalinfo.az xəbər verir ki, “Joxovurd” qəzeti bu iddianı araşdırıb.

Məlum olub ki, Ermənistan hökuməti Rusiyanın Müdafiə Nazirliyi və “Splav” Elmi-istehsalat Birliyi səhmdar cəmiyyəti ilə müvafiq razılaşmaları imzalayıb. Bir müddət sonra İrəvanın sifariş etdiyi silahlar hazırlanıb və Ermənistan MN-ə sorğu göndərilib ki, silahların qəbul edilməsi üçün mütəxəssislər göndərilsin. Ancaq sorğunun üzərindən aylar keçməsinə baxmayaraq, Ermənistan mütəxəssislərini göndərməyib. Bu cür böyük həcmdə silah-sursatı anbarlarda uzun müddət saxlamağın mümkünsüzlüyünə görə şirkət üç dəfə Ermənistan MN-ə müraciət edib. Ancaq Ermənistan tərəfi yenə də bu addımı atmayıb. Nəhayət, Rusiya ilə Ukrayna arasında savaş başlayıb və Rusiya sözügedən raketlərdən, silah-sursatlardan istifadə edib.

Rusiya tərəfi həmin silahların partiyalar halında çatdırılacağını bildirib.

Bundan əlavə, məlum olub ki, 2020-ci ildə müharibədən sonra Rusiya İrəvana bir milyard dollar və 400 milyon dollarlıq iki müqavilə üzrə silah tədarük etməli olub. Ancaq İrəvan son anda fikrindən daşınıb, Hindistan şirkəti ilə razılığa gəlib.

Tamerlan Yayaqan
Globalinfo.az