Paşinyanın iqamətgahı mühasirəyə alındı

Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryanın çağırışı ilə İrəvanda aksiya başlayıb. Aksiya sabah saat 18:00-a qədər davam etməlidir.

Globalinfo.az Erməni mediasına istinadən xəbər verir ki, əraziyə xüsusi təyinatlılar da yeridilib , “qara beretlilər” üçqat sədd yaradaraq, iqamətgahı mühafizə edirlər.

Məlumata görə, aksiya sabah saat 18:00-a qədər davam edəcək.