Paşinyanın devrilməsi planı işə salındı

Ermənistan Baş naziri Nikol Paşinyana qarşı çevriliş hazırlığı başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Teleqram kanalları yayıb.

Məlumata görə, hazırlıq hakim Mülki Müqavilə Partiyası daxilində aparılır. Belə ki, hakim partiya deputatlarının Paşinyan barəsində etimadsızlıq votumu çıxarmaq istədikləri bildirilib.

İqtidar deputatları ilə danışıqların keçmiş səhiyyə naziri Arsen Torosyan və erməni oliqarx Xaçatur Sukiasyan tərəfindən aparıldığı vurğulanıb. Onların fikrincə, Paşinyan bundan sonrakı dönəmdə ya öz tərəfdarlarını həbs etdirmək, ya da onları əmlakından məhrum etmək istəyir ki, buna da deputatlar indidən müqavimət göstərməyə çalışırlar.

Digər tərəfdən isə Paşinyanın yeni partiya yaratmaq istəyi barədə yayılan şayiələr də hakim partiyada narahatlığı artırdığı vurğulanıb.

Qeyd edək ki, bundan öncə Torosyanım adamlarına qarşı cinayət işi açılıb. Mətbuat tezliklə Torosyanın da həbs ediləcəyi haqqında məlumat yayıb.

İlkin Həsənov
Globalinfo.az