Paşinyanın deputatlarla gizli görüşü: nələr danışılıb?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın Ermənistana təzyiqləri ilə bağlı açıqlaması hakim Mülki Müqavilə Partiyasında təəccüb yaradıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzetin mənbələri Paşinyanın hakim fraksiyanın deputatları ilə qapalı görüş keçirdiyini, amma burada heç bir Rusiya təzyiqindən bəhs edilmədiyini bildirib. Üstəlik, Qriqoryanın dediyindən fərqli olaraq hansısa ittifaq dövləti haqqında məsələnin də görüşdə müzakirə olunmadığı vurğulanıb.

Qeyd edək ki, Armen Qriqoryan bundan öncə verdiyi müsahibədə Ermənistanın Rusiya ilə ittifaq dövləti yaratmayacağını açıqlayıb. Bununla yanaşı o, Moksvanın İrəvana bu sahədə hərbi təzyiqlər etdiyini deyib. Qriqoryandan sonra açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TŞ katibinin açıqlamasını “provokativ” adlandırmışdı.

Gülnar Səlimova
Globalinfo.az