Paşinyanın arvadı ifşa edildi: “Rəqsini göstərdiniz…”

İrəvanda övladları itkin düşmüş valideynlərin etiraz aksiyası davam edir.

Globalinfo.az xəbər verir ki, aksiya iştirakçıları Nikol Paşinyanın arvadı Anna Akopyana qəzəblərini ifadə ediblər.

“Anna Akopyan, siz iki valideyni çağırıb, 8 Mart tədbiri keçirib, onların necə əl qaldırdığını, rəqs etdiyini göstərdiniz. Niyə gəlib valideynin yataqda öləcəyinə baxmırsınız? Niyə onun fotosunu çəkmirsiniz? Anna Akopyan, siz rəqs edəni çəkir, əzab çəkəni çəkmirsiniz”, – o bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az