Paşinyandan Zəngəzur dəhlizi haqda ikibaşlı açıqlama

“Ermənistan ərazisindən keçəcək dəhliz vədi vermədiyimi sübut edə bilərəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında ayrıca kommunikasiya gündəmi yoxdur. O bu məsələnin regional kommunikenin açılması çərçivəsində müzakirə edildiyini bildirib.

Paşinyan hazırda iki ölkə arasında yeni infrastrukturun tikintisi ideyasının olduğunu deyib:

“Əgər razılıq olsa, bu variant tətbiq ediləcək. Bunun regional inteqrasiya və qarşılıqlı fon yaratdığını görsək, razılaşacağıq. Bu yollar Ermənistanın suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir”.

Bununla belə, Paşinyan Ermənistanın cənub və şimalını birləşdirən dəmiryolu əlaqəsinin yalnız Naxçıvan vasitəsilə təmin olunduğunu deyib.

“Mehri və Ayrımı birləşdirən bütün mümkün dəmiryolları Azərbaycan ərazisindən keçir. Arazdəyən Mehriyə, Horadiz isə Ordubada eyni prinsiplə birləşəcək. Biz yeni dəmiryolu tikmək barədə Brüsseldə razılaşmışıq”, – N.Paşinyan iddia edib.

İlkin Həsənov
Globalinfo.az