pasinyan yeni 1

Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında  Azərbaycanla Praqa və Soçidə əldə edilmiş razılaşmalara sadiqliyini təsdiqlədiyini bəyan edib.

Globalinfo.az bildirir ki, bu barədə “Armenpress” informasiya yayıb.

Nəşrin yazdığına görə, N.Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını mümkün qədər tez başa çatdırmaq, bütün regional nəqliyyat və iqtisadi kommunikasiyaları аçmaq, rəsmi Bakı ilə tezliklə sülh sazişi imzalamaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

“Əgər kimsə düşünürsə ki, sülh gündəliyi Ermənistan və Qarabağ ermənilərinin “sülh yolu ilə məhv edilməsi”dir, o zaman onlar ciddi şəkildə yanılırlar. Sülh gündəliyi Ermənistannın və regionun dinc inkişafı, birgə yaşaması üçündür. Biz öz məqsədimizə nail olacağıq”, – N.Paşinyan qeyd edib.

Globalinfo.az, Gülnar Səlimova

Paylaş: