Paşinyandan gözlənilməz mesaj: Bakı ilə razılaşıb, Rusiyanı qovaq

Putinin imzaladığı sənədlə zəmanətçi rolunu oynayan Rusiya Qarabağın təhlükəsizliyini Azərbaycana satır.

Globalinfo.az xəbər verir ki, bu sözlər Ermənistan hökumətinin birbaşa nəzarətində olan “Baqramyan 26” Teleqram kanalında yer alıb.

Kanal Rusiyanın Qarabağdakı yataqlarda istismarı dayandıran, Ermənistanı dəhlizə məcbur edən və Azərbaycanın diktə etdiyi sülh müqaviləsini İrəvana sırıyan yeni güzəştlərdən ibarət paket hazırladığını bildirib. “Baqramyan 26” Moskvanın öz geosiyasi tələblərini təmin etmək üçün Qarabağ və Ermənistanı rıçaq kimi istifadə etməyə çalışdığını yazıb.

Ermənistan iqtidarının fikirlərini çatdıran kanal yaranmış situasiyada Rusiyanın Ermənistanla Azərbaycan arasında vasitəçilik etməsinə ehtiyac olmadığını vurğulayıb:

“Əgər Türkiyə və Azərbaycana görə Rusiyanın hesabını erməni xalqı ödəyirsə, o zaman Moskva ermənilərin nəyinə lazımdır? Güzəştlərə getmək üçün bizə vasitəçi gərək deyil. Biz özümüz də müstəqil şəkildə dəhlizi, Qarabağın yataqlarını, Qarabağı və daha böyük güzəştlər edə bilərik. Biz özümüz də Azərbaycana güzəştlər etmək gücündəyik. Beləliklə, Rusiyanın hesabını erməni xalqı ödəməyə davam edəcəksə, bizim bir yolumuz qalır: düşmənlə hətta güzəşt hesabına ümumi dil tapıb, Rusiya bazası, sərhədçiləri və sülhməramlılarını Qafqaz dağlarından şimala göndərmək. Bu, Moskvanın özünə regionda qazdığı həmin qəbirdir. Erməni xalqının hesabına güzəştlər istisna edilməlidir, əks təqdirdə Moskva çox böyük bədəl ödəyəcək və Cənubi Qafqazı bir daha geri dönməmək şərti ilə tərk edəcək”.

Gülnar Səlimova
Globalinfo.az