“Azərbaycanla münasibətlər kontekstində anklavlar məsələsi əsas olaraq qalır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Ermənistanın təhlükəsizlik strategiyası legitimlik üzərində qurulmalıdır.
“Mövzu gündəmdə qalır və biz bunu nəzərdən qaçıra bilmərik. Çünki ortada Azərbaycan anklav olan Tiqranaşen kəndi (Kərki) və Ermənistanın “anklav” hesab etdiyi Artsvaşen (Başkənd) var. Əgər bir məsələ de-yure təsdiqlənibsə, onun tanınması vacibdir”.
Paşinyan həmçinin müxalifəti hökuməti qeyri-qanuni tələblərə sövq etmək cəhdində günahlandırıb. Onun sözlərinə görə, müxalifətin bu hərəkəti Bakının mövqeyini gücləndirir.
Müşviq Tofiqoğlu
Globalinfo.az