Ermənistan hökuməti Bakıda həbsdə olan Ruben Vardanyanın xanımı Veronika Zonabendlə Xarici İşlər Nazirliyi vasitəsilə əlaqə saxlayıb.
Globalinfo.az xəbər verir ki, hökumət Veronika ilə görüş təşkil etmək niyyətini bəyan edib.
Məlumata görə, XİN rəsmilərindən biri onunla əlaqə saxlayıb və mümkün görüş üçün lazım olan məlumatları təqdim edib. Baş nazir Nikol Paşinyanın onunla görüşmək istədiyi güman olunur.
Qeyd edək ki, iyulun 8-də Veronika Zonabend Ermənistanın humanitar nümayəndə heyətinin tərkibində Bakıya səfər etmək istədiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az