1720294503 aytullah xamenei bu qabiliyytlri qoruyun v yuksldin 9283

İranda sabiq ali lider Əli Xameneinin cənazəsi üzərində vida namazı geniş izdihamın iştirakı ilə qılınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.

Mərasimdə ölkənin müxtəlif bölgələrindən gələn vətəndaşlarla yanaşı, hərbi və mülki rəsmilər, tanınmış ictimai-siyasi xadimlər, eləcə də xarici nümayəndə heyətləri iştirak ediblər.

Məlumata görə, insanlar mərasimə qatılmaq üçün səhər tezdən Tehrandakı Müsəlla kompleksinə toplaşıblar və ərazi qısa müddətdə izdihamla dolub.

Qeyd edək ki, iyulun 4-ü və 5-də Tehranda imam Xomeyni məscidində Xamenei ilə vida mərasimi keçirilib. İyulun 6-da Tehrandan qaldırılan cənazə iyulun 7-də Quma gətirilib. Xamenei iyulun 9-da Məşhəddə dəfn olunacaq.

Xatırladaq ki, Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: