Paşinyan üçün “O indi səfər hayında deyil”, deyən Putin Ermənistana gedir

Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfərlə bağlı Baş nazir Nikol Paşinyandan dəvət aldığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Bişkekdə baş tutan MDB liderlərinin sammitinin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Putin Paşinyanla daim əlaqədə olduğunu qeyd edib və əlavə edib ki, özünün Ermənistana səfəri, həm də Ermənistan Baş nazirinin Rusiyaya səfəri ilə bağlı dəvət var:

“Bilirsiz, biz böyük insanlarıq. Paşinyan indi səfər hayında deyil. Mən Ermənistana səfər etməyə hazıram”.

Kreml rəhbəri İrəvanla həm Xarici İşlər Nazirliyi, həm də hökumətin iqtisadi bloku vasitəsilə iş aparıldığını bildirib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanla daim əlaqə saxladığını açıqlayıb.