Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona Ermənistan-ABŞ münasibətlərinin son illərdəki inkişafı və cari vəziyyəti barədə məlumat verib.
Eyni zamanda tərəflər regional gündəliyə aid məsələləri də müzakirə ediblər.
Müşviq Tofiqoğlu
Globalinfo.az